"AzerGold" QSC və törəmə şirkətinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

12.12.2024

19:40

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkəti - “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət ediblər.

Ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.