“AzerGold” QSC-nin məlumatı
18.06.2020
08:15
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş ofisində çalışan bir nəfər əməkdaşında COVİD-19 virusuna yoluxma faktı müəyyən olunub. Belə ki, bir neçə gün öncə sözügedən əməkdaşda xəstəliyin ilkin əlamətləri müşahidə olunduğundan o, izolyasiya edilərək dərhal həkimə müraciət edilib. İlkin müayinə və laborator analizlərin nəticələri müsbət çıxdığına görə müvafiq müalicə tədbirləri görülüb.
Qeyd edək ki, Cəmiyyətin həm inzibati binasında, həm də istehsalat sahələrində pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
***
19.06.2020
Cəmiyyətin baş ofisində çalışan əməkdaşları arasında növbəti test müayinələri keçirilib. Hazırda 116 nəfər əməkdaşdan analiz götürülüb və daha 6 nəfərdə testin nəticəsi müsbət çıxıb. Ümumilikdə, Cəmiyyətin 7 nəfər əməkdaşı hazırda həkim nəzarəti altındadır və vəziyyətləri stabildir.
***
20.06.2020
Cəmiyyətin baş ofisində çalışan əməkdaşlarından götürülmüş analizlərin nəticəsi əsasında, əlavə olaraq bir nəfər əməkdaşda da infeksiya əlaməti aşkar olunub. Ümumilikdə, müayinədən keçən 116 nəfər əməkdaşdan cəmi 8 nəfərində COVİD-19-a yoluxma faktı təsdiqlənib.
Hazırda həkim nəzarətində olan əməkdaşlarımızın vəziyyəti stabildir.
Bununla yanaşı, digər əməkdaşların mərhələli şəkildə test müayinəsi davam etdirilir.
***
21.06.2020
Cəmiyyətin baş ofisində çalışan əməkdaşlarının koronavirusla bağlı test müayinələri davam etdirilir. Aparılmış laborator analizlərin nəticəsində, əlavə olaraq bir nəfər əməkdaşın da COVİD-19-a yoluxduğu məlum olub. Bununla, koronavirusa yoluxma faktı təsdiqlənən əməkdaşların sayı 9 nəfərə çatıb.
Hazırda həkim nəzarətində olan əməkdaşlarımızın vəziyyəti stabildir, müalicələri davam etdirilir.
***
26.06.2020
Cəmiyyətin inzibati binasında çalışan əməkdaşlarının koronavirusla bağlı növbəti test müayinələri nəticəsində, əlavə olaraq bir nəfər əməkdaşın da infeksiyaya yoluxduğu məlum olub.
Ümumilikdə 148 nəfər əməkdaş müayinə olunub, cəmi 10 nəfərdə analizin nəticələri müsbət çıxıb.
Hazırda həkim nəzarətində olan əməkdaşlarımızın vəziyyəti stabildir, müalicələri davam etdirilir.
Cəmiyyət olaraq koronavirusa yoluxmuş əməkdaşlarımızın tezliklə sağalmalarını və normal həyata dönmələrini arzu edirik.