“AzerGold” QSC-nin kollektivi Zəfər parkını ziyarət edib
27.09.2024
17:30
27 Sentyabr – Anım Günü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Bakı şəhərində inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.