SPECA həftəsi çərçivəsində təşkil edilən sərgidə Tacikistan Respublikasının Prezidenti "AzerGold" QSC-nin stendinə baxış keçirib
24.11.2023
16:04
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi davam edir.
Azərbaycanın xüsusi təşəbbüsü ilə təşkil edilən, SPECA ölkələrini təmsil edən qurum və şirkətlərin iştirak etdiyi regional əhəmiyyətli sərgidə "AzerGold" QSC, onun timsalında törəmə şirkətlər – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC də təmsil olunur.
Sərgini ziyarət edən Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon sərgi pavilyonuna, eləcə də "AzerGold" QSC-nin stendinə baxış keçirib.