“AzerGold” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

07.10.2020

11:49

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza dəstək olub. Cəmiyyətin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

Bununla yanaşı, ötən həftə Cəmiyyət tərəfindən Silahlı Qüvvələrin təlabatına uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşını cəbhənin müxtəlif istiqamətlərinə yola salınıb. Cəmiyyət bu yöndə lazım olan fəaliyyətləri davam etdirəcək.

“AzerGold” QSC Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalandıracağına əminliyini ifadə edir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!