“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları “Vətən uğrunda” medalı ilə təltif edildi
16.12.2020
08:45
15 dekabr, 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif edilən hərbi qulluqçuların sırasında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş “AzerGold” Qapalı Səhdmar Cəmiyyətinin (QSC) Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi baş leytenant Rauf Əsgərov və Təhlükəsizlik xidmətinin əməkdaşı baş leytenant Muxtar Qasımlı da var.
Vətən uğrunda canından keçən şəhidlərimizi qürurla anır, ehtiramla yad edirik.