"AzerGold" QSC-nin inzibati binasında “Daxili nəzarət: miflər və reallıqlar” adlı seminar keçirilmişdir
25.04.2017
07:00
21 aprel 2017-ci il tarixində “AzerGold” QSC-nin inzibati binasının akt zalında Daxili nəzarət şöbəsinin təşkilatçılığı ilə Cəmiyyətin bütün işçi heyəti üçün “Daxili Nəzarət: Miflər və Reallıqlar” adlı seminar təşkil olunmuşdur.
Seminarın əvvəlində “AzerGold” QSC-nin Daxili nəzarət şöbəsinin tarixi, hüquq/vəzifləri və strukturu, 2017-ci il üzrə şöbənin hazırladığı Risk Xəritəsi və İllik Fəaliyyət Planı, cari ilin I rübü üzrə fəaliyyətlərə dair iştirakçılara məlumat verilmişdir. Tədbririn davamında Daxili nəzarət şöbəsi ilə bağlı yaranan miflər və reallıqlar, Cəmiyyətdə tətbiq olunan müvafiq metodologiya və onun əsasında hazırlanmış hesabatların strukturu, məzmunu və cavablandırılması prosesi iştirakçıların diqqətinə çatdırılmışdır. Ümumi olaraq, risk və daxili nəzarət anlayışı ilə bağlı praktiki misallar iştirakçılar ilə interaktiv şəkildə müzakirə edilmiş, müvafiq suallar cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılar ilə əks əlaqə (feedback) sorğusu formatında bəhs edilən mövzuların aktuallığı və əhatəliyi haqqında ilkin fikirlər alınmışdır. İştirakçılar arasında keçirilən sorğunun nəticələri gələcəkdə də bu tip seminarların keçirilməsinə böyük ehtiyacın olduğunu önə çəkmiş, daxili nəzarət mütəxəssisləri ilə Cəmiyyətin digər əməkdaşları arasında qarşılıqlı etimad və inam mühitini daha da inkişaf etdirilməsi zərurəritini meydana çıxarmışdır.
Cəmiyyətdə müvafiq maarifləndirilmə-təbliğat işinin düzgün təşkili məqsədilə gələcəkdə də bu tip tədbirlərin keçirilməsi planlaşdırılır. Bu ilk tədbirdə olduğu kimi, növbəti tədbirlərdə də əməkdaşlarımızın fəal iştirak etməsinə ümid edirik.