“AzerGold” QSC-nin İdarə Heyətinin sədri AHİK tərəfindən təltif olunub
20.04.2018
03:00
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “25 illik Yubiley döş nişanı” ilə təltif olunub. Bu qərarı Konfederasiyanın İcraiyyə Komitəsi “AzerGold” QSC-nin sədrinin Həmkarlar İttifaqı üzvlərinin sosial-iqtisadi problemlərinin həllində xidmətlərini və həmkarlar ittifaqının fəaliyyətinə yaxından köməklik göstərməsini nəzərə alaraq verib. Döş nişanı aprelin 20-də “AzerGold” QSC-nin inzibati binasında baş tutan görüş zamanı AHİK-nin nümayəndələri tərəfindən Zakir İbrahimova təqdim edilib.