“AzerGold” QSC-nin ali məktəb tələbləri üçün elan etdiyi “Təqaüd proqramı” müsabiqəsinin müsahibə mərhələsinə start verilir

03.10.2022

18:14

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün elan edilən “Təqaüd proqramı” müsabiqəsinin 2-ci turuna – müsahibə mərhələsinə start verilir. Müsabiqənin test imtahanı mərhələsində ən yüksək bal toplamış 20 namizəd növbəti mərhələyə dəvət olunublar.

Müsahibə mərhələsi 4-5 oktyabr 2022-ci il tarixində, saat 15:00-dan etibarən onlayn formatda təşkil ediləcək. İştiraka dair rəsmi bildiriş alan namizədlərdən 30 sentyabr tarixində onlara təqdim olunan saat qrafiki üzrə onlayn müsahibələrə qoşulmaları xahiş olunur.

“AzerGold” QSC-nin Təqaüd komissiyasının müsahibəsindən (2-ci tur) uğurla keçən tələbələr proqramda iştirak hüququ əldə edəcək, akademik tədris ilinin 9 ayı üçün aylıq 200 manat məbləğində “AzerGold” təqaüdü ilə təmin ediləcəklər.

 Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.