“AzerGold” QSC ilə ETSN arasında görüş keçirilib

09.07.2018

03:00

2018-ci il 06 iyun tarixdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) inzibati binasında Ekologiya və Təbii Sərvətlər Naziri ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun iştirak etdiyi görüşdə iki qurum arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə dair 2018-ci il üçün Tədbirlər Planında nəzərdə tutulan məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin “AzerGold” QSC və ETSN-nin fəal əməkdaşlığı, Sovet dönəmindən arxivlərdə mövcud olan geoloji məlumatların elektron formata salınması (rəqəmsallaşdırılması) mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, geoloji məlumatların rəqəmsallaşdırılması və mineral resursların təkrar qiymətləndirilməsi “AzerGold” QSC tərəfindən beynəlxalq məsləhətçilərlə əməkdaşlıq çərçivəsində hazırlanması nəzərdə tutulan Strateji yol xəritəsinin əsas vəzifələrindən biridir. Strateji yol xəritəsi hazırlandıqdan sonra yataqların iqtisadi səmərəliliyinin hesablanması, kəşfiyyat, tədqiqat, tikinti və istismar mərhələləri üzrə Strateji fəaliyyət planının tərtib edilməsi planlaşdırılır.