“AzerGold” QSC-də kibertəhlükəsizlik üzrə növbəti təlim keçirilib

17.01.2025

15:38

“AzerGold” QSC-nin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi ilə Səhmdar Cəmiyyətinin əməkdaşları üçün kibertəhlükəsizlik üzrə növbəti təlim keçirilib.

 Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq təşkil olunan təlim “Onlayn mühitdə təhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularını əhatə edib. Təlimin məqsədi elektron resurslara qarşı rəqəmsal risklərin qlobal səviyyədə vüsət aldığı bir şəraitdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq və bu sahədə potensial təhlükələri müəyyənləşdirmək, onları proaktiv şəkildə aradan qaldırmaq, kibertəhlükələrdən qorunmaq üçün əməkdaşlar arasında məlumatlılığı artırmaqdır.

Təlim zamanı Elektron Təhlükəsizlik Xidmətinin eksperti tərəfindən potensial təhdidlərdən qorunmaq, eləcə də gələcək hücumlardan daha yaxşı müdafiə oluna bilmək üçün hücum motivləri və üsulları, mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

Təlim çərçivəsində əməkdaşların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə təlimdən öncə və sonra test tapşırıqları icra edilib