“AzerGold” QSC Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib

01.10.2018

07:00

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 28 sentyabr tarixində ölkənin kütləvi informasiya vasitələri üçün Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib. Tədbir çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov media nümayəndələrinə ixrac göstəriciləri, ölkə ərazisində aparılan geoloji-kəşfiyyat işləri, perspektivli yataqlar, hasilat prosesi haqqında ətraflı məlumat verib. Media-tur zamanı KİV-lər istehsalat prosesini filiz sahələrində partlayışından başlayaraq son məhsulun istehsalına kimi müşahidə ediblər.

Tədbirin YUNESKO-nun 17 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Beynəlxalq İnformasiyaya Çıxış Günü kimi qeyd edilən 28 sentyabrda keçirilməsi qiymətli metalların hasilatı, satışı və ixracı haqqında ictimaiyyəti məlumatlandırmaq, bu sahədə şəffaflığı təmin etməkdir.

İctimaiyyətin və kütləvi informasiya vasitələrinin qiymətli metalların hasilatına artan marağını nəzərə alaraq belə tədbirlərin gələcəkdə də keçirilməsi planlaşdırılır.