ADA Universitetinin tələbə və məzunları ilə onlayn görüş keçirildi
28.04.2020
03:00
“AzerGold” QSC, ADA Karyera Xidmətləri və ADA Karyera Klubunun birgə təşkilatçılığı ilə ADA Universitetinin tələbələri üçün videobağlantı formatında “CEO Talks” təlimi keçirilib.
"Müvəffəqiyyət resepti: nizam-intizam, əməksevərlik və rahatlıq zonasından kənardaqalma qabiliyyəti" mövzusunda keçirilən onlayn təlimdə mentor qismində iştirak edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tələbə və məzunların çoxsaylı suallarını cavablandırıb, gənclərlə idarəçilik sahəsində bilik və bacarıqlarını bölüşüb, onlara gələcək karyera fəaliyyətləri üçün dəyərli tövsiyyələrini verib.