20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri Şəhidlər xiyabanını ziyarət edib.
20.01.2025
18:00
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkəti - “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi, digər törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” MMC-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.