“Çovdar” qızıl mədəninin ətrafındakı meşə ərazisində növbəti ekoloji aksiya keçirilib

13.02.2025

19:50

 “AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda bioloji müxtəlifliyin qorunması məqsədilə növbəti dəfə ekoloji aksiya keçirilib.

Aksiya zamanı QSC-nin əməkdaşları tərəfindən “Çovdar” qızıl mədəninin ətrafındakı meşə ərazisində ekoloji təmiz quş yemlikləri quraşdırılıb və mövsümlük yem ehtiyacı qarşılanıb. Məqsəd qış aylarında, xüsusilə qar örtüyü səbəbi ilə yem tapmaqda çətinlik çəkən quş növlərinin bəslənməsinə, onların təbii yaşayış yerlərinin mühafizəsinə və ümumilikdə meşə ekosisteminin inkişafına töhfə verməkdir.

 Xatırladaq ki, “AzerGold” QSC ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən dövlət şirkəti kimi ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərdə də fəal mövqeyə sahibdir. Cəmiyyət hasilat və istehsalat sahələrində fəaliyyətini yerli və beynəlxalq ekoloji normalara uyğun təşkil etməklə yanaşı, regionda ardıcıl və sistemli layihələr, maarifləndirmə tədbirləri həyata keçirir. Səhmdar Cəmiyyət tərəfindən cari ildə bu istiqamətdə layihələrin davam etdirilməsi, hasilat bölgələrində ağacəkmə, yaşıllaşdırma və çaykənarı təmizlik aksiyalarının təşkili nəzərdə tutulur.