“AzerGold” QSC-də Korporativ Sosial Məsuliyyət Komitəsinin iclası keçirilmişdir

04.05.2018

07:00

May ayının 2-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mərkəzi ofisində Cəmiyyət nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsinin iclası keçirilmişdir. İclas şirkətin sosial məsuliyyət siyasəti çərçivəsində şirkətin əməkdaşlarının sosial  ehtiyaclarının müəyyən edilməsi, habelə Cəmiyyətdə əmək hüquqlarının tətbiqi və əmək şəraiti üzrə“AzerGold” QSC-nin əməkdaşları arasında keçirilən anonim  sorğunun nəticələrinə həsr edilmişdir. Mərkəzi ofis və Çovdar filiz emalı sahəsində keçirimiş sorğu əmək hüquqlarının şirkətdə tətbiqi və əmək şəraitinin təkmilləşdirilməsi üzrə işçilərin rəyini öyrənməklə yanaşı, əməkdaşların Cəmiyyətin sosial siyasətinə dair təklif və iradlarını müəyyələşdirmək məqsədi daşımışdır. Rəhbər və işçi heyətin iştirak etdiyi iclas çərçivəsində sorğunun nəticələri fərqli tendensiyaların hər birinə vaxt ayırılmaqla geniş müzakirə edilmişdir.

Qeyd edək ki, əlverişli iş şəraitinin yaradılması və işçi hüquqlarının qorunması ilə yanaşı, yerli əhali və icmalarla iş, ətraf mühitin mühafizəsi və gender balansının qorunması 2017-ci ilin oktyabr ayında yaradılan Komitənin əsas fəaliyyət istiqamətləridir.