“İctimai” televiziya “AzerGold” QSC-nin 7-ci ildönümü münasibətilə videoreportaj hazırlayıb

06.07.2023

15:29

“İctimai” televiziya tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsindən xüsusi videoreportaj hazırlanıb.

QSC-nin fəaliyyətə başlamasının 7-ci ildönümü münasibətilə hazırlanan reportajda ötən illər ərzində həyata keçirilən hasilat və istehsalat prosesi, qızıl və gümüşün daxili və xarici bazarlarda satışı, ətraf mühitin mühafizəsi, təhlükəsiz əmək şəraiti və korporativ sosial məsuliyyət sahəsində görülən tədbirlərdən bəhs edilib.

Videoreportajla linkə keçid edərək, ətraflı tanış ola bilərsiniz.