2 aprel 1974-cü il tarixində Bakı şəhərində anadan olub.
1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.
2004-2006-cı illərdə Odlar Yurdu Universiteti və ABŞ-nin Corciya Dövlət Universitetinin magistr proqramı üzrə Biznesin təşkili və idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.
1993-1995-ci illərdə TAİS Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində hüquq və biznesin inkişafı üzrə mütəxəssis vəzifəsində çalışıb.
1995-1998-ci illərdə “Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində hüquq və biznesin inkişafı üzrə aparıcı mütəxəssis vəzifəsində çalışıb.
1998-2002-ci illərdə “Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi layihələrin koordinasiyası və təchizat şöbəsinin müdiri vəzifəsində çalışıb.
2003-2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan LLC”də baş direktorun müavini vəzifəsində çalışıb.
2004-2005-ci illərdə “Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji araşdırmalar, İctimaiyyətlə əlaqələr, Marketinq və təchizat departamentinin müdiri vəzifəsində çalışıb.
2005-2006-cı illərdə Moldova Respublikasında “Azpetrol SRL” şirkətində baş direktor vəzifəsində çalışıb.
2006-2009-cu illərdə “EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində baş direktor vəzifəsində çalışıb.
2009-2016-cı illərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
26 may 2016-cı il tarixindən etibarən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.