“AzerGold” QSC-də Müşahidə Şurasının növbəti iclası keçirilib

29.07.2019

03:00

25 iyul tarixində “AzerGold” QSC-nin baş ofisində Müşahidə Şurasının növbəti iclası keçirilib. Tədbirdə “AzerGold” QSC-nin 2018-ci il üzrə illik hesabatı, 2018-ci il və 2019-cu ilin birinci yarısı üzrə fəaliyyət planlarının icrası müzakirə olunub.

Daha sonra tədbir Cəmiyyətin ötən dövrlər üzrə hasilat və maliyyə göstəriciləri, həmçinin 2019-cu ilin ikinci yarısı üçün nəzərdə tutulan planlar ətrafında fikir mübadiləsi ilə davam edib. Tədbirdə həmçinin ikinci yarımillik üçün nəzərdə tutulan buruq-qazma işləri və qiymətli metalların istehsalı, həmçinin Cəmiyyətin 2016, 2017 və 2018-ci illər üzrə audit hesabatları müzakirəyə çıxarılıb və Müşahidə Şurasının üzvləri tərəfindən müsbət qiymətləndirilib.