“AzerGold” QSC Almaniyada keçirilən konfransda beynəlxalq səhmdarlarda Azərbaycandakı mədən sənayesi barədə maraq yaradıb

15.05.2017

03:00

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri 12-14 iyun tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilən dağ-mədən sənayesi üzrə dünyada ən böyük tədbirlərdən olan “Avropa Mədənçilik İnvestisiyası” (“Minining Investment Europe”) konfransında iştirak edib.

Tədbirdə Avropa, Amerika, Asiyadan olmaqla ümumilikdə 20 ölkədən onlarla ən iri mədənçilik şirkətləri, dağ-mədən şirkətlərinə xidmət təklif edən şirkətlər, investisiya, maliyyə təşkilatları, dövlət qurumları bir araya gəlib.

“AzerGold”un nümayəndələri ABŞ, Kanada, İngiltərə, Hollandiya, Almaniya, Sinqapurdan olan şirkət təmsilçiləri ilə görüşlər keçirib. Müxtəlif ölkələrdən olan nümayəndələr “AzerGold” QSC-nin təqdim etdiyi layihələrə böyük maraq göstərib. İri şirkətlərin nümayəndələri Azərbaycanda dağ-mədən sənayesinin inkişafına sərmayə qoymaqda maraqlarının artıdğını bildiriblər. Tərəflər arasında gələcək əməkdaşlıq imkanları, investisiya qoyuluşu potensialları barədə danışılıb və müzakirələr zamanı işbirliyi qurulmasının önəmi barədə ortaq qərarlar verilib.