“Mərəh” qızıl yatağı “Çovdar” yatağından şimalda, Göygöl rayonunun ərazisində yerləşir. Yataq 22 yanvar 2018-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən kəşf edilib. Yataq 22 iyul 2021-ci ildə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. “Mərəh” mədənindən hasil edilən filizlərin emalı sözügedən emal sahəsində həyata keçirilir. Bu da kapital və əməliyyat xərclərinin azalmasına, layihənin iqtisadi səmərəliliyinin daha da artmasına zəmin yaradır. Yataq üzrə satılabilən qızıl ehtiyatı 37,414 unsiya təşkil edir.