Texniki xidmət və təmir bölməsinin rəhbəri

Texniki xidmət və təmir bölməsinin rəhbəri

 

Vəzifə:

Çovdar Filiz Emalı Sahəsi / Texniki xidmət və təmir bölməsinin rəhbəri

İş yeri: Daşkəsən

Əsas vəzifə və öhdəliklər:

  • Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
  • Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması.
  • Aylıq hesabatların hazırlanması;
  • İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
  • Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va ona nəzarət;
  • Yerinə yetirilmiş işlərin ölçülməsi və müvafiq mal material silgisinin təşkili;
  • Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
  • Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
  • Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
  • Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
  • Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
  • İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Müvafiq sənədləşmə işlərinin aparılması;
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
  • Müvafiq hesablamaların aparılması. (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)

 

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Təşkilatçılıq və İdarəetmə bacarığı;
  • Qüvvədə olan tikinti və layihələndirmə normativləri ilə tanışlıq;
  • Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
  • Microsoft Office proqramları proqramlarını mükəmməl bilməli;
  • Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

 

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İnşaat sahəsi üzrə Ali təhsil;
  • Yol və Sənaye obyektlərinin tikintisi üzrə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi.

 

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Texniki xidmət və təmir bölməsinin rəhbəri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.