QARADAĞ SAHƏSİ

QARADAĞ SAHƏSİ

 

Qaradağ yatağı Şəmkir rayonunun cənub dağlıq hissəsində, Çənlibel yaşayış məntəqəsinin yaxınlığında yerləşir. Qaradağ yatağının geoloji-texniki-iqtisadi potensialı qərb standartları səviyyəsində ilkin qiymətləndirilmişdir. Yatağın təsdiq olunmuş filiz ehtiyatlarının həcmi 70,0 mln. ton təşkil edir, bunun 400-500 min tonu mis ehtiyatlarıdır.