GÖYDAĞ SAHƏSİ

GÖYDAĞ SAHƏSİ

 

Naxçıvan MR ərazisində yerləşən Ortakənd-Xanağa sahəsi Göydağ-Əlincə filiz qovşağının bir hissəsini təşkil edərək məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri  və çıxışları qeydə alınmışdır.