DAĞKƏSƏMƏN SAHƏSİ

DAĞKƏSƏMƏN SAHƏSİ

 

Dağkəsəmən sahəsi Respublikanın Qazax-Ağstafa bölgələrini əhatə etməklə, geoloji-struktur cəhətdən Qazax çökəkliyinə daxildir. Bura qızıl, qızıl-polimetal yataqlarının aşkarlanması baxımından perspektivli region sayılır. Sahə daxilində ehtiyatları Faydalı Qazıntı Ehtiyatları üzrə Sahəvi Balansa qəbul edilmiş Dağkəsəmən qızıl yatağı mövcuddur. Bununla yanaşı Üçgöl, Fərəhli kimi kifayət qədər qiymətləndirilməmiş mis-qızıl təzahürləri, həmçinin çoxsaylı minerallaşma nöqtələri mövcuddur.