Karyera

Karyera

“AzerGold” QSC olaraq mədənlərimiz və ofislərimizdəki texniki və peşəkar kadr ehtiyatını uğurumuzun təməllərindən biri hesab edirik. Səriştənizi qiymətləndirir və inanırıq ki, karyera yüksəlişiniz ilə “AzerGold” QSC-nin hədəfləri bir-biri ilə yaxın addımlaya bilər. Qlobal və dinamik  şirkətə əhəmiyyətli bir töhfə vermək üçün, mühəndislikdən metallurqiyaya və geologiyadan maliyyəyə – peşəkar imkanları dəyərləndirin. “AzerGold” QSC-də öz karyeranızı qurmaq və inkişaf etdirmək üçün imkanlar çeşidini kəşf edin.

Biz, nəticə verən bacarıqları, təcrübəni və yüksək iş məhsuldarlığı göstərmə təşəbbüsünü qiymətləndirir və mükafatlandırır, peşəkar inkişaf və komanda işini yüksək dəyərləndiririk. Xalqımıza təhlükəsiz və məhsuldar iş mühiti təmin etmək “AzerGold” QSC-nin başlıca prioritetlərindəndir.

Aramıza qatılmaq istəyirsinizsə CV-nizi bizim CV bazamıza cv@azergold.az vasitəsilə göndərin. Biz hər bir CV-ni incələyir və  heçbir məlumatı itirmirik.

Müəyyən vakansiyaya müraciət etmək istəyirsinizsə, CV-nizi cv@azergold.az ünvanına göndərərkən mövzuda vakansiyanın adını qeyd etməyi unutmayın.