Maliyyə məsləhət xidmətlərinin satın alınması

Maliyyə məsləhət xidmətlərinin satın alınması

 

“AZERGOLD” QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir:

Lot 1 – Maliyyə məsləhət xidmətlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “AzerGold” QSC Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H (Əlaqələndirici şəxs: Rafiq Abdullayev, Tel: 012-505-02-02, I-V günlər, saat 09.00-dan 18.00-dək) ünvanından ala bilərlər

 

İştirak haqqı:      Lot 1 – 250 manat. İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Hesab: AZ85PAHA38020AZNHC0190068658
VÖEN 1403467421
Bank: “PAŞA Bank” ASC  
Kodu: 505141
VÖEN: 1700767721
M/H: AZ82NABZ01350100000000071944
S.W.İ.F.T: PAHAAZ22

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  7. Digər müvafiq sənədlər

Sənədlər Azərbaycan dilində təqdim olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 9 mart 2018-ci il, saat 15.00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 27 mart 2018-ci il, saat 15.00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender üzrə təklif zərflərinin açılışı 28 mart 2018-ci il saat 15.00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.

“AzerGold” QSC, TENDER KOMİSSİYASI