Rəhbərlik

img_4990

İdarə Heyətinin sədri:  Zakir Zaur oğlu İbrahimov 

2 aprel 1974-cü il tarixində Bakı şəhərində anadan olub.

1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.

1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.

2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.

1993 – 1995-ci illərdə “TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə Mütəxəssis vəzifəsində çalışıb.

1995 – 1998-ci illərdə “Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb.

1998 – 2002-ci illərdə “Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2003 – 2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan BM” Baş direktorun müavini vəzifəsində çalışıb.

2004 – 2005-ci illərdə “Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji Araşdırmalar,  -İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat  Departamentinin müdiri vəzifəsində çalışıb.

2005 – 2006-cı illərdə Moldova Respublikasında “Azpetrol SRL” şirkətində Baş direktor vəzifəsində çalışıb.

2006 – 2009-cu illərdə “EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.

2009 – 2016-cı illərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

26 may 2016-cı il tarixindən etibarən  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.